Əlaqə Arxiv
news Image
2013.04.19
11:23
| A A A
AİPS-lə müqavilə imzalandı

Movqe.az-ın Gənclər və İdman Nazirliyində aldığı məlumata görə, aprelin 18-də Beynəlxalq İdman Mətbuatı Asoosiasiyası nın (AİPS) 76-cı konqresinə yekun vurulub.


Xəbər verdiyimiz kimi, konqresin sonuncu günündə Rusiya baş nazirinin müavini Dmitri Kozak AİPS-in bayrağını Azərbaycan Mili Olimpiya Komitsəinin vitse-prezidenti Çingiz Hüseynzadəyə təqdim edib.


Çingiz Hüseynzadə çıxış edərək Bakını gələn il AİPS-in 77-ci konqresini yüksək səviyyədə təşkil edəcəyini qeyd edib və bütün dünyanın idman jurnalistlərini Bakıda qarşılamaqdan məmnun olduğunu bildirib.


Günün sonunda konqresin bağlanışına həsr olunmuş ziyafət zamanı, gələn il AİPS konqresini  Bakıda keçirilməsi ilə bağlı müqavilə imzalanıb.


Müqaviləni AİPS prezidenti Cianni Merlo və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə imzalayıblar.

Sizin Reklam Yeriniz