Əlaqə Arxiv
news Image
2018.11.08
17:21
| A A A
FİFA-dan sərt reaksiya: "Super Liqada oynayanlar dünya və Avropa çempionatında iştirak edə bilməyəcək"

FİFA prezidenti Canni İnfantino Superliqada iştirak edən futbolçuların cəzalandırılıcağını deyib.

Movqe.az Goal.az-a istinadən  xəbər verir ki, Avropa top-klublarının yaratmaq istədiyi Superliqa iştirakçıları dünya çempionatında oynaya bilməyəcək. Bu məsələ ilə bağlı fikirlərini jurnalistlərlə bölüşən İnfantino deyib: “ Nəzərdə tutulan liqa yaradılsa, iştirakçı komandalar sanksiya ilə üzləşəcək. Bu klubların futbolçuları dünya və Avropa çempionatlarından məhrum ediləcək. Hətta milli çempionatlarda çıxış edə bilməyəcəklər. Ya bizimlə bir yerdə olacaq, ya da cəza alacaqlar”.

Xatırlada ki, Superliqa ideyası qitənin aparıcı klubları Manchester United, Yuventus, Real, Bavariya və Barcelona tərəfindən ortaya atılıb. Bu klublar UEFA-nın tərkibindən çıxmaq və 2021-ci ildə yeni turnir təşkil etmək istəyirlər.

Sizin Reklam Yeriniz