Əlaqə Arxiv
news Image
2018.11.12
11:19
| A A A
"Vorskla"nın baş məşqçisi: "Qarabağ"la oyun nəyin üzərində işləməli olduğumuzu göstərir

Movqe.az Reporta istinadən bildirir ki, "Rəqibimizin hazırlıq üçün bizdən bir gün çox vaxtı olmuşdu. Mobil və yüksək sürətli komanda ilə oyun çətin keçdi. Bizdə bəzi şeylər alınır, bəzi epizodlarda üstünlük öz tərəfimizdə idi". 

Bunu "Vorskla" klubunun baş məşqçisi Vasili Saçko evdə Donetsk "Şaxtyor"una 0:2 hesabı ilə uduzduqları Ukrayna Premyer Liqasının XV tur matçından sonra deyib. 43 yaşlı mütəxəssis "Qarabağ" və "Şaxtyor"la qarşılaşmalardan dərs çıxarmalarının gərəkliyini söyləyib: "Bugünkü və ya "Qarabağ"la görüşlər nəyin üzərində işləməli olduğumuzu göstərir. Qarşımıza ciddi məqsədlər qoyuruqsa, 2-3 mövqeni gücləndirməliyik. Hazırda yığmaların oyunları ilə əlaqədar fasilədir. Bu, bizim üçün hava damcısı kimidir. Yenidən yüklənməyimiz tələb olunur". 

Qeyd edək ki, "Vorskla" "Şaxtyor"dan əvvəl noyabrın 8-də Avropa Liqasının IV tur matçında "Qarabağ"a uduzub - 0:1. 

Sizin Reklam Yeriniz