Əlaqə Arxiv
news Image
2018.11.12
17:53
| A A A
Azərbaycan millisinin müdafiəçisi "Qarabağ"ın tarixinə düşüb

Azərbaycan Premyer Liqasının XI turu "Qarabağ" klubunun futbolçusu Maksim Medvedev üçün əlamətdar olub.

Movqe.az Report-a istinadən xəbər verir ki, “Qəbələ” ilə səfərdəki matç (3:1) 29 yaşlı müdafiəçinin Azərbaycan çempionatlarında 269-cu oyunu olub.

Yalnız bir komandada – "Qarabağ"da çıxış edən Medvedev bununla da klubun tarixində yeni rekorda imza atıb. O, Ağdam klubunun heyətində ölkə çempionatlarında ən çox oyun keçirən futbolçu adına yiyələnib.

Azərbaycan millisinin də şərəfini qoruyan Medvedev 2006/2007 mövsümündən çıxış etdiyi “Qarabağ”da 269 oyuna 10 qol vurub. O, “Qəbələ” ilə görüşdə Aslan Kərimova məxsus və ötən tur şərik olduğu rekordu yeniləyib. Kərimov 1993 - 1997 və 2003 - 2011-ci illərdə “Qarabağ”da 268 çempionat oyununda forma geyinib və 12 qol vurub.

Qeyd edək ki, Maksim Medvedev həm də ölkə çempionatlarında eyni klubda ən çox oyun keçirən futbolçudur.

Sizin Reklam Yeriniz