Əlaqə Arxiv
news Image
2018.11.15
11:43
| A A A
Real Madrid və Barcelona arasında mübarizə

Real Madrid və Barcelona bir futbolçu üçün mübarizə aparacaqlar.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, prinsipial rəqiblər Dinamo Zagreb-in hücumçusu Dani Olmo uğrunda mübarizəyə başlayıb.

Hər iki komanda Kataloniya klubunun yetirməsi sayılan forvardı heyətinə qatmaqda maraqlıdır. Barcelona nümayəndələri 20 yaşlı ispaniyalının agenti ilə danışıqlara da start verib.

Klub akademiyasının hücumçuları arasında böyük rəqabət üzündən 4 il öncə vətəni tərk edən hücumçunun doğma rənglərə üstünlük verməsi kifayət qədər inandırıcıdır.

Dinamo-nun 25 milyon avro tələb etdiyi transfer məbləğini Real Madrid də ödəməyə hazır olduğunu bildirib. Madridlilər belə imkanı əldən qaçırmaq istəmir.

Lakin İspaniya klubları Olmo mübarizəsində tək deyil. Belə ki, Manchester United, Manchester City və Bayern Münich də gənc hücumçunu izləməkdə davam edir.

Qeyd edək ki, 2015-ci ilin fevralında Dinamo Zagreb-də debüt edən ispaniyalı cari mövsümün 10 matçında 2 qol vurub.

Sizin Reklam Yeriniz