Əlaqə Arxiv
news Image
2018.11.15
14:47
| A A A
Dikbaş Mbappe və onun pulgir atası - Monaco bezdi, Real-ın pulu əlində qaldı, PSG tələblərdən şoka düşdü

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, müasir dövrün ən istedadlı futbolçularından sayılan Kilian Mbappenin transferi zamanı baş verən maliyə fırıldağı barədə çox danışılır. Jurnalistlər onlarla elektron məktubu araşdıraraq transferin “kölgədə qalan” hissəsinə aydınlıq gətirə bilib.

İstedadlı hücumçunun soyadına ilk dəfə 2012-ci ildə Football Leaksnəşrində rast gəlinib. O vaxt Kilianın 14 yaşı vardı. Fransanın ən nüfuzlu məktəbi sayılan Mill futbol akademiyasında futbolun sirlərinə yiyələnirdi. Gələcəkdə Real və ya Çelsea-da oynamaq ən böyük arzusu idi. Valideynləri Kilianın karyerasında önəmli rol oynayıb. Atası Bondi klubunda məşqçilik edirdi (Kilian ilk dəfə bu klubda oynayıb). Anası isə peşəkar həndbolçu idi.

Hər şey 2013-cü ilin mart ayında başladı. Monaco-nun məşq bazasına gələn Uilfird Mbappe istedadlı oğlunun klubda yer almasına çalışırdı. 14 yaşlı futbolçu iyul ayında artıq Monaco-da idi. Klub yeniyetmə hücumçuya 400 min avro bonus ödədi. Bundan əlavə, hər ay akademiyadan 700 avro məvacib alırdı. İstedadlı oyunçu digər klubların diqqətini özünə çəkirdi. Bu, Mbapenin loğvalanmasına şərait yaradırdı. Oyun zamanı müdafiə xəttinə geri dönmək istəməyən gənc hücumçu məşqçilərə “yuxarıdan aşağı” baxmağa başlamışdı. Məşqçilər güzəştə getməyə məcbur idi: 16 yaşlı Kilian 19 yaşlıların komandasında əla oynayırdı. Elə həmin vaxt futbolçunun valideynləri ilə klub rəhbrliyi arasında rəsmi müqavilə “müharibəsi” başladı. Mbappenin valideynləri tələsmir, rəsmi heç bir sənədə qol çəkmirdi. Başa düşürdülər ki, övladlarının istedadı istədikləri məbləği klubdan tələb etməyə imkan verir.

İlk rəsmi müqavilə və ultimatum

2015-ci ilin dekabrına Lenardo Jardim 17 yaşlı Kilianı start heyətində oyuna buraxdı. Fevralda isə klubun tarixinə ən gənc qol müəllifi kimi düşdü. Futbolçunun atası narazı idi. Oğlunu matçlarda tez-tez görmək istəyirdi. Konflikt başlamışdı. 2016-cı ilin əvvəllərində isə daha qızışdı. Gənc hüumçu yeni müqavilə bağlamaq barədə düşünmürdü. Bu halda Monaco yayda onu pulsuz satışa çıxarmaq məcburiyyətində qalacaqdı. Avropanın aparıcı klubları Mbappe üçün pul xərcləməyə tam hazır idi. Komandanın rəhbərliyi futbolçuya və atasına ultimatum göndərdi: ya müqavilə bağlayırsınız, ya da Kilian yaxın günlərdə gənclərdən ibarət komandaya qayıdır. Ultimatum öz təsirini ğöstərdi. Danışıqlar başladı. Futbolçunun meneceri tələb etdi ki, müqavilədə Kilianın oyunlara tez-tez çıxmasını sığortalayan maddə əlavə olunsun. Monaco liqanın hüquqşünasına bu cür maddənin mümkünlüyü barədə sorğu göndərdi. “ 10 ildir ki, burada işləyirəm. İlk dəfə belə bir sualla qarşılaşıram. Müqavilədə belə bir maddə ola bilməz. Qaydalara ziddir. Həmçinin bu tələblə məşqçiyə təzyiq göstərmək mümkündür. Məşqçi seçimdə sərbəst olmalıdır”,- deyə hüquqşünas bildirdi.

Martın 3-də danışıqların son mərhələsi keçirildi. Mbappe ailəsini Monacoya gətirmək üçün Parisə xüsusi təyyarə göndərildi. Klub başlanğıcda 300 min avro bonus təklif etdi. Lakin ailə 3 milyon qopara bildi. İki gündən sonra rəsmi müqavilə imzalandı. Şərtə görə, hücumçu ildə 1 milyon avro məvacib almalı idi. Vergiləri ödədikdən sonra 500 min avro Kiliana çatırdı. Monaco şərtlərlə razılaşdı. Məhz Mbappenin sayəsində klub əla mövsüm keçirdi: ölkə çempionu oldu, Çempionlar Liqasının yarımfinalına yüksəldi.

 

“PSG daha yüksək məvacib verməyə hazırdır”

Ötən ilin yayında Mbappe məvacibinin 16 dəfə qaldırılmasını tələb etdi. O, Radamel Falkao kimi 8 milyon əməkhaqqı istəyirdi. Həmçinin vergiləri klub ödəməli idi. Monaco rəhbərliyinin səbr kasası artıq daşırdı. Klub özündən razı futbolçunu başındam rədd etmək istəyirdi. Buna görə də Real-la danışıqlara başladı. Real transferə 180 milyon ödəməyə hazır idi. Amma bəlli oldu ki, İspaniya qnunlarına görə, Monaco həmin məbləğin 34 milyonunu vergiyə ödəməlidir. Təbii ki, bu qədər pulu heç kim itirmək istəməzdi. Real, vergiyə ödənilməli olan pulu kompensasiya etmək üçün futbolçunun keçidinə 214 milyon avro təklif etdi. Eyni zamanda futbolçunun atası Uilfrid Mbappe “kral klubu”nun prezidenti Florentino Pereslə danışıqlar aparırdı. Ata Mbappe narahat idi. Bilirdi ki, Kilian əsas heyətdə yer almaq üçün Ronaldo, Beylvə Benzema kimi ulduzlarla bacarmayacaq. Kilianın məvacibinin illik 14 milyon avro olmasını təkidlə tələb edir və tez-tez təkrarlayırdı: “PSG daha yüksək məvacib verməyə hazırdır. Razılaşmasanız, oğlumu ora apracağam”. Madrid klubu xərcləri qismən azaltmaq və Uilfridi sakitləşdirmək naminə Beyli satışa çıxarmaq istəyirdi. Amma bir nəticə vermədi. Avqustun əvvələrində ata Mbappe bildirdi ki, PSG-nin təklifini qəbul edib. Paris klubu bir müddət əvvəl Neymarın transferinə rekord məbləğ-222 milyon avro xərcləmişdi. Hamı düşünürdü ki, qısa vaxtda ikinci bahalı transfer həyata keçirmək klubun büdçəsinə uyğun olmaz. Amma maliyə məsələsində parislilərin problemi yox idi. PSG-nin idman direktoru Antero Enrike ilə keçirilən ilk görüşdə Kilian və Uilfrid 5 illik müqavilə, 50 milyon avro təmiz qazanc, əlavə 5 milyon avro bonus tələb etdi. Danışıqlar alındı. Paris klubu Kilianın vergisini öz boynuna ğötürdü. Şərtə görə, futbolçunun məvacibi ildən –ilə artacaqdı. Məsələn, 2017/18 mövsünündə 7 milyon, növbəti mövsümdə 9,3 milyon avro. Müqavilənin sonuna qədər Kilianın qazancı hər il bir milyon avro artmalı idi. Kluba yenicə gələn Mbappe Neymardan sonra ən çox qazanan ikinci futbolçu oldu.

Şoka salan siyahı

Danışıqlar başa çatmış, müqavilə bağlanmışdı. İlk baxışdan elə görünürdüki, hər şey artıq normaldır, Mbappe ailəsinin bütün şərtləri qəbul edilib. Amma sən saydığını say... Dikbaş Kilian və pulgir Uilfrid üçün hələ heç nə başa çatmamışdı. Mbappelər PSG rəhbərliyini şoka salacaq bir siyahı hazırlamışdı:

 

• Kilian Qızıl to alarsa, məvacib avtomatikolaraq 30 milyona qaldırılır.

 

• Klub Fransa çempionu olsa, Kilian 400 min avro təmiz qazanc əldə etməlidir.

 

• İldə 50 saat şəxsi təyyarədə səyahət.

 

• Ev xərclərinə, sürücü və mühafizəçinin saxlanılmasına 30 min avro.

 

• Əgər yaxın 3 ildə hansısa klub Mbappeyə daha yüksək məvacib təklif edərsə, PSG futbolçunu buraxmalıdır.

 

• Uilfrid oölunun məşq prossində iştirak etməli, həmçinin Kilian üçün fərdi məşq keçirilməlidir.

 

• PSG Uilfridlə Kilianın keçmiş klubu olan Bondi-nin stadionunda təmie işləri aparmalıdır.

 

Paris klubu bütün tələbləri rədd etdi. Yalnız Uilfridin məşqlərdə iştirakına icazə verildi. Arzusu həyata keçməyən ailə kədərləndi. Bununla belə, Parisdə yeni həyata həvəslə hazırlaşırdı.

 

Agentlərə də pay çatdı

Mbappe ailəsi danışıqlarda agentlərin kpnəyindən istifadə etmirdi. Təkcə parisli vəkil Delfin Verxeydən sanışıqlara cəlb edilmişdi. Avqustun 31-də agentlər meydana çıxdı- italiyalı Robert Kalenda və portuqaliyalı Jorje Mendeş. Football Leaks nəşrinin yazdığına görə, portuqaliyalı agent danışıqların sürətlənməsinə kömək edəcəyini bildirib və Mbappenin transferindən 9 milyon avro əldə edib. Danışıqlarda adı keçənKalenda isə heç nə etmədən 2 milyon avro qazanıb.

Sizin Reklam Yeriniz