Əlaqə Arxiv
news Image
2018.11.15
15:57
| A A A
Ronaldo bədxərcliyi ilə diqqət mərkəzində

Juventus-un hücumçusu Kriştiano Ronaldo növbəti dəfə bədxərcliyi ilə diqqət mərkəzinə düşüb.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu xanımı Corcina və oğlu ilə birlikdə Londona səfər edib. 

Yerli otellərdən birində məskunlaşan ailənin bir gecə üçün ödədiyi məbləğ 10 min avrodan çox olub. Restoranda isə Ronaldo, cəmi 15 dəqiqə ərzində şərab üçün 31 min avrodan çox xərc çəkib. Onlar əvvəlcə qiyməti 20 min avro dəyərində olan şərab sifariş ediblər. Daha sonra isə 10 min avroluq başqa bir şərabın dadına baxıblar.

Qeyd edək ki, Ronaldo və ailəsi Londonda məşhur tenisçi Novak Cokoviçin oyununu da izləyib.

Sizin Reklam Yeriniz