Əlaqə Arxiv
news Image
2018.11.19
15:04
| A A A
Masallıda Nadir Ağayevin xatirəsinə həsr olunan XXIV ənənəvi respublika turnirinə yekun vurulub

Movqe.az xəbər verir ki, Noyabrın 17 və 18-də Masallı Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Güləş  Federasiyası, Masallı Rayon İcra Hakimiyyəti, rayon  gənclər  və  İdman  İdarəsinin təşkilatçılığı ilə  Azərbaycanın Respublikasının  əməkdar məşqçısı, SSRİ idman ustası Nadir Yaqub oğlu Ağayevin xatirəsinə həsr olunmuş yunan-roma güləşi üzrə yeniyetmələr arasında XXIV   ənənəvi Respublika turniri keçirilib.

Yarışın açılışından öncə Dövlət himni səslənib.
         Tədbiri açıq elan edən Masallı  rayon  Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov ölkəmizdə  idmanın inkişafına   göstərilən dövlət  qayğısından və Masallıda idman sahəsində əldə olunan nəticələrdən danışaraq Nadir Ağayevin xatirəsinə həsr edilən ənənəvi Respublika turnirinin əhəmiyyətindən söz açıb, idmançılara uğurlar arzulayıb.

Masallı RİHB-nın İctimai-siyasi məsələlər və humanitar şöbənin baş məsləhətçisi Qəşəm Hadıyev  çıxış edərək rayon rəhbəri Rafil Hüseynovun adından gələn qonaqları və idmançıları salamlayıb, ölkə Prezidenti, MOK rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmanın bütün növlərinin, həmçinin güləş idman növünün  inkişafına diqqət və qayğı göstərildiyini bildirib.

       Daha sonra tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin əməkdaşı Tofiq  Eyvazov ölkəmizdə idman siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb, hazırda bu ənənənin uğurla davam etdirildiyini vurğulayıb.Natiq bildirib ki, dövlətimizin başçısı, Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idman sürətlə inkişaf edir, daha yüksək zirvələrə doğru irəliləyir.

        Azərbaycan Güləş Federasiyasının vitse Prezidenti,“Şöhrət” ordenlı  Elçin Cəfərov, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İB-nin I vitse-prezidenti, İctimai Nəzarət Koalisiyası İH-nin sədri Rasim Məmmədov çıxış edərək Masallıda Yunan-Roma güləşin inkişafında Nadir Ağayevin mühüm xidmətlərindən danışıb, onun xatirəsinə həsr olunan turnirin təşkilinin artıq ənənəyə çevrildiyi vurğulayıblar. Diqqətə çatdırılıb ki, belə yarışlar istedadlı yeniyetmə güləşçilərin üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.

              İki gün davam edən turnirdə Uşaq Gənclər İdman Məktəbləri, idman cəmiyyətləri və klublarından 30-a yaxın komandadan 300 nəfərdən artıq   idmançı  iştrak edib.

            Turnirdə qalib gəlmiş idmançılara təşkilat komitəsinin diplom, medal və sponsorlar  tərəfindən pul mükafatı təqdim edilib.

 Əlihüseyn Şükürov.

 

 

 

Sizin Reklam Yeriniz