Əlaqə Arxiv
news Image
2018.11.21
22:43
| A A A
Neymarın durumuna aydınlıq gəldi

Braziliya millisi yoldaşlıq matçında Kamerunla qarşılaşıb. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, oyun İngiltərənin Milton Keyns şəhərində keçirilib. “Sambaçılar”ın qələbəsilə (1:0) başa çatan matçda Neymar 8-ci dəqiqədə zədələnərək əvəzlənib. Komandanın həkimi Rodriqo Lasmar zədənin ciddi olmadığını deyib: “ İlkin müayinə aparıldı. Ciddi bir şey yoxdur. Testlərdən keçməsi üçün vaxt lazımdır. Bundan sonra dəqiq diaqnoz qoymaq olar”. Neymar Braziliya millisi tarixində 3 ən yaxşı bombardirdən biridir. Hesabında 60 qol var. Ronaldo (98 oyun, 62 qol) və Pele (92 oyun,77 qol) onu qabaqlayır. 26 yaşlı hücumçu bu mövsüm PSG-nin heyətində Fransa çempionatında11 oyunda 10 qol vurub.

Sizin Reklam Yeriniz