Əlaqə Arxiv
news Image
2013.04.25
11:18
| A A A
Gənclərinin I Könüllülük Forumu keçiriləcək

Mövqe.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, Gəncə şəhər İcra Hakimiyyətinin, "İrəli" İctimai Birliyinin və "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin təşkilatı dəstəyi ilə Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən 27 – 30 aprel 2013 –cü il tarixlərdə Gəncə şəhərində Azərbaycan Gənclərinin I Könüllülük Forumu keçiriləcək.


Forum Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının  Tədbirlər Planının 6.5.9 (Gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi) yarımbəndinin icrasına uyğun olaraq təşkil edilir.


Forumun keçirilməsində əsas məqsəd fəal əncləri bir araya yığaraq onların bilik və bacarıqlarını daha da artırmaq, könüllülük işini inkişaf etdirmək, gənclərdən ibarət könüllü qrupların yaradılmasını və Azərbaycan könüllülərinin beynəlxalq inteqrasiyanı təmin etmək, peşəkar  mütəxəssislərin təcrübələrini iştirakçılara ötürmək, onlar arasında aktiv şəbəkə yaratmaq və mövcud əlaqələri daha da genişləndirməkdən ibarətdir. Xüsusilə 2013-cü il ölkəmizdə "İnformasiya və kommunikasiya ili" kimi elan olunması ilə əlaqədar olaraq forum iştirakçılarının internetə olan marağını artırmaq və yeni media vasitələrindən effektiv istifadə etməsi ilə bağlı təlimlərin keçirilməsi nəzərdə tutulur. Bu da gələcəkdə ölkəmizdə keçiriləcək beynəlxalq və kütləvi tədbirlərin təşkilində könüllülərə ehtiyac olduqda onların təmin olunmasına və eyni zamanda gənclərin könüllü fəaliyyətinə stimul yaradacaq.


Forumda iştirak etmək üçün 1000-dən artıq gənc müraciət edib. 

Sizin Reklam Yeriniz