Əlaqə Arxiv
news Image
2018.12.08
21:12
| A A A
Barcelona Chelsea-dən müdafiəçi transfer edəcək

Barcelona qış transfer pəncərəsi dövründə heyətini gücləndirməyə hazırlaşır.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Chelsea-nin müdafiəçisi Andreas Kristensenin xidmətində maraqlıdır. Bu barədə İspaniyanın Diario Sport nəşri məlumat yayıb.

Barcelona-nın qış transfer pəncərəsi dövründə 22 yaşlı futbolçu üçün Chelsea ilə danışıqlara başlayacağı gözlənilir. Danimarkalı futbolçunun “zadəganlar”la 2022-ci ilə qədər müqaviləsi var.

Qeyd edək ki, Kristensen cari mövsümdə 8 qarşılaşmada forma geyinib.

Sizin Reklam Yeriniz