Əlaqə Arxiv
news Image
2018.12.10
15:10
| A A A
Ronaldo: “Messidən ötrü darıxmıram”

Juventus-un hücumçusu Kriştiano Ronaldo sükutu pozub.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı ona çatmalı olan mükafatın başqasına verildiyini deyib.

“Hesab edirəm ki, “Qızıl top” hər il mənə verilməlidir. Buna layiqəm. Bu il mükafatı mənə vermədilərsə, bu, dünyanın sonu deyil. Özümü bədbəxt saymıram. Rəqəmlər yalan demir. Dünyanın ən yaxşı klubunda oynayıram. Modriçi təbrik edirəm. Gələn il yəqin ki, onunla bir daha qarşılaşacağıq. Əlimdən gələni edəcəyəm ki, “Qızıl top”u əlimdən almasınlar”, - portuqaliyalı deyib.

O, Messi ilə rəqabət üçün darıxmadığını da vurğulayıb: "Messidən ötrü darıxmıram. Mən fərqli ölkələrdə oynamışam və hər birində uğurlar qazanmışam. Messi isə hələ də İspaniyadadı. Onun, bəlkə də, mənə daha çox ehtiyacı var. Həyat meydan oxumaqdı. Mən fərqli insanları xoşbəxt etməyi sevirəm. Ancaq Messinin də bir gün İtaliyaya gəlməyini istəyirəm. "Barselona"da qalsa, qərarına hörmətlə yanaşaram".

Sizin Reklam Yeriniz