Əlaqə Arxiv
news Image
2018.12.11
19:01
| A A A
Masallı Cüdoçusu Beynəlxalq turnerdə bürünc medal qazandı

Movqe.az xəbər verir ki, noyabrın 8-də və 9-da, Sumqayıt şəhərində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş 2005-2007-ci il təvəllüdlü yeniyetmələr arasında cüdo idman növü üzrə VII Beynəlxalq turnir keçirilib. 
Sumqayıt şəhərində təşkil edilən Beynəlxalq turnirdə bizim idmançılarla yanaşı Rusiya,Ukrayna, Gürcüstan, Kazaxstan Türkiyə və Qazaxstan ölkələrini təmsil edən idmançılar da iştrak edib. Belə ki, 57 kiloqram çəki dərəcəsində qızlar arasında mübarizə aparan Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman məktəbinin yetirməsi Babayeva Nərmin Elçin qızı Beynəlxalq Turniri bürünc medalla başa vurub.
Təbrik edirik!

 

Əlihüseyn Şükürov.

Sizin Reklam Yeriniz