Əlaqə Arxiv
news Image
2018.12.11
21:46
| A A A
Qarabağ-ın 2 futbolçusu üçün əlamətdar tur

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Zirə ilə səfər oyunundakı 6:0 hesablı qələbədə qolla pay sahibi olan Mahir Mədətovla Dani Kintana yubiley qeyd edib. Hər iki oyunçu Premyer Liqada 25-ci qolunun sevincini yaşayıb.

Hamısı Qarabağ-ın heyətində olmaqla, 73-cü görüşünə çıxan Kintana het-trik müəllifi olub. Bu matçadək 23 qol vuran ispaniyalının 34-cü dəqiqədə Zirə-nin qapısından keçirdiyi özünün 2-ci topu yubiley xarakteri daşıyıb. Kintana oyunun sonunadək qol sayını 26-ya da çatdırıb. Dani həm də Mahirdən sonra cari mövsümdə het-trikə imza atan 2-ci futbolçudur.

42-ci dəqiqədə fərqlənən Mədətov isə Premyer Liqadakı 25-ci qolunu 90-cı matçında qeyd edib. Bütün qollarını Qarabağ formasında rəqib qapısından keçirən gənc hücumçu bu oyunların 74-nə Ağdam klubunun heyətində çıxıb.

Qeyd edək ki, Qarabağ-ın Zirə üzərindəki qələbəsi mövsümün rekordu ilə də əlamətdar olub. Qurban Qurbanovun yetirmələri mövsümün ən böyükhesablı qələbəsinə imza atıb.

Sizin Reklam Yeriniz