Əlaqə Arxiv
news Image
2018.12.15
19:05
| A A A
Fenerbahçe-yə görə millimizdən imtina etdi

Fenerbahçe-nin yeni baş məşqçisi Ersun  Yanal Azərbaycan millisini çalışdırmaqla bağlı AFFA-dan təklif alıb.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin A Spor telekanalı məlumat yayıb. İddiaya görə, təcrübəli mütəxəssisin təklifləri arasında Azərbaycan yığma komandasını çalışdırmaq variantı da olub. Ancaq Fenerbahçe-dən dəvət alan çalışdırıcı sabiq komandasına qayıtmağı üstün tutub.

Qeyd edək ki, 2013-2014 mövsümündə də Fenerbahçe-ni çalışdıran və komandanı çempion edən Yanal İstanbul klubu ilə 1,5 illik müqavilə imzalayıb.

Sizin Reklam Yeriniz