Əlaqə Arxiv
news Image
2018.12.16
17:30
| A A A
Dembeleyə maraqlı cəza

Barcelona-nın fransalı futbolçusu Osman Dembelenin video oyunlarına aludə olduğu üçün məşqlərdə intizamsızlıq etdiyini xəbər vermişdik.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu video oyunları və gecə həyatı səbəbiylə son vaxtlar davamlı olaraq məşqlərə gecikən Dembeleni cəzalandırıb. Baş məşqçi Ernesto Valverdenin sərt reaksiyası ilə üzləşən 21 yaşlı futbolçuya mobil telefonunu söndürmək cəzası verilib.

Katalonların müdafiəçisi Xordi Alba isə açıqlama verərək, “Dembeleni sevirik. Hər kəs səhv edə bilər, amma o, meydanda bizim üçün vacib bir futbolçudur. Onsuz da, əsas olan budur” deyib.

Sizin Reklam Yeriniz