Əlaqə Arxiv
news Image
2018.12.30
14:17
| A A A
Kriştiano Ronaldo 7 il sonra "50"-yə çatmadı

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldonun məhsuldar seriyası qırılıb.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, ardıcıl 7 il 50 qol səddini fəth edən hücumçu 2010-cu ildən sonra ilk dəfə bunu bacarmayıb.

İtaliya çempionatının Sampdoria ilə matçında dubla imza atan Ronaldo qol sayını 49-a çatdırıb. “50”nin bir addımlığında qalan forvard son 7 ildə daha məhsuldar olub.

O, 2011-ci ildə 60, ardınca 63, 69 və 61, son üç ildə 57, 55 və 53 qola sevinib.

Sizin Reklam Yeriniz