Əlaqə Arxiv
news Image
2019.01.02
12:40
| A A A
Messi ilin ən yaxşısı seçildi

İspaniyanın “Marca” nəşri 2018-ci ilin ən yaxşı 100 futbolçusunun siyahısını açıqlayıb.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Barcelona-nın argentinalı ulduzu Lionel Messi ilin ən yaxşı oyunçusu seçilib.

O, Xorvatiya millisi və Real Madrid-in yarımmüdafiəçisi, "Qızıl top"un son qalibi Luka Modriçlə Atletico-nun hücumçusu, Fransa ilə dünya çempionu olan Antuan Qrizmannı qabaqlayıb.

Qeyd edək ki, bu mövsümün əvvəlində Real Madrid-i Juventus-a dəyişən Kriştiano Ronaldo isə sıralamada 4-cü olub.

Sizin Reklam Yeriniz