Əlaqə Arxiv
news Image
2019.01.05
20:15
| A A A
Manchester United-in iki futbolçusu İnter-ə keçir

Manchester United-in iki futbolçusu - müdafiəçi Luis Antonio Valensiya və yarımmüdafiəçi Ander Errera komandanı tərk edəcək. 

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, hər iki oyunçu bu ölkəyə köçəcək. Onların hər ikisi İnter-ə keçməyə çox yaxındır. "Qırmızı şeytanlar"la müqavilə müddəti mövsümün sonuna qədər olan Valensiya ilə Errera Milan klubuna yayda havayı başa gələcək. Valensiya bu mövsüm 5, Errera isə 14 oyunda meydana çıxıb və hər iki oyunçu əsas heyətdəki yerini itirib. Bu üzdən onlar yeni müqaviləyə razılıq verməyiblər. 

Qeyd edək ki, Premyer Liqada 21 turdan sonra Manchester United 6-cı pillədə qərarlaşıb.

Sizin Reklam Yeriniz