Əlaqə Arxiv
news Image
2019.01.08
14:39
| A A A
25-ci kuboku kim qazanacaq?

Həftəsonu futzal üzrə Azərbaycan kubokunda 2018/2019-ci il mövsümünə start veriləcək.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, bu dəfə mübarizə 1/32 finaldan başlayacaq. Reqlamentə əsasən Birinci və İkinci liqa komandaları bir-birinə rəqib olacaq.

Oyunlar 3 gün ərzində - yanvarın 11-də, 12-də və 13-də "Olimpik Star"da keçiriləcək. Bu mərhələnin qalibləri daha sonra 1/16 finalda rəqib olacaqlar. Yüksək Liqa iştirakçıları 1/8 finaldan başlayaraq kubok oyunlarında iştirak edəcəklər. Əvvəlki 24 kubok mövsümündə 10 komanda yarışın qalibi olub.

Müxtəlif adlarla çıxış edən “Neftçi” hamıdan çox - 6 dəfə (1994/95, 1995/96, 2009/10, 2012/13, 2013/14, 2016/17) kuboku başı üzərinə qaldırıb. “Araz” 5 dəfə (2004/05, 2005/06, 2006/07, 2007/08, 2008/09) bu mükafata sahib olub. Digər kubok sahiblərindən EKOL 3 (2010/11, 2011/12, 2015/16), “Avtomobilçi” (1996/97, 1997/98), “Azərneftyanacaq” (1999/00, 2000/01) və “Gömrükçü” (2001/02, 2002/03) hərəyə 2 dəfə kubokun qalibi adına yiyələnib. Dörd komanda isə bir dəfə belə uğura nail olub. “Nabspor” 1998/99, “Turan AİR” 2003/04, “Fənər” FK 2014/15 və “Marafon Futsal” 2017/18 mövsümündə kuboku qazanıb.

Maraqlıdır ki, kubokun son qalibi, eləcə də finalçı komanda cari mövsümdə iştirak etmir.

 

Sizin Reklam Yeriniz