Əlaqə Arxiv
news Image
2019.01.18
21:02
| A A A
Milan-da Özilə görə mübahisə olub

Arsenal-ın yarımmüdafiəçisi Mesut Özilin Milan-a mümkün transferi İtaliya klubunda fikir ayrılığına səbəb olub.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, milanlıların strateji inkişaf direktoru Paolo Maldini Özilin transferini dəstəkləyir. Əfsanəvi futbolçu yarımmüdafiəçinin yüksək oyunu və təcrübəsinin Milan-a faydalı olacağını deyib. Klubun icraçı direktoru İvan Qazidis isə, keçidin əleyhinədir. Mütəxəssis daha gənc futbolçuların transferinə üstünlük verir. Mənbənin məlumatına görə, Qazidislə Maldini mübahisə edib. Mübahisənin qalmaqala çevriləcəyi gözlənilir. Mesut Özilin İnter və Atletico-nun hədəfində olduğu deyilir.

Sizin Reklam Yeriniz