Əlaqə Arxiv
news Image
2019.01.21
13:43
| A A A
Real İngiltərə klubundan futbolçu alır

Madrid Real-ı Manchester City-nin yarımmüdafiəçisi Bernardo Silva ilə maraqlanır.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı madridlilərin transfer siyahısında yer alıb. Keçidin yayda baş tutacağı planlaşdırılır. Transfer alınmaya da bilər. Manchester City-nin baş məşqçisi Pep Qvardiola futbolçunu əldən vermək istəmir. Mütəxəssis Bernardo Silvanı klubun veteran üzvü David Silvanın sələfi kimi görür.

24 yaşlı Silva indiki klubuna 2017-də Monaco-dan keçib. Transferinə 50 milyon avro xərclənib. Cari mövsüm İngiltərə çempionatında 22 oyunda meydana çıxıb. Hesabına 5 qol və 6 məhsuldar ötürmə yazdırıb. Manchester City ilə müqaviləsi 2022-ci ildə başa çatacaq.

Sizin Reklam Yeriniz