news Image
2019.01.21
17:00
| A A A
Ronaldo Marselonu yanına aparır

Marselo mövsümün sonunda Real-dan ayrılacaq.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, braziliyalının yeni klubuJuventus olacaq. Bildirilir ki, Real-dan keçmiş komanda yoldaşı Kriştiano Ronaldo Marselonu yanında görmək istəyir. Futbolçuların isti münasibəti var. Portuqaliyalı dostunu Turinə köçməyə inandırıb. 30 yaşlı Marselo Juventus-a keçiddən imtina etmir. Transferə heç bir əngəl olmadığını deyib.

Qeyd edək ki, braziliyalı son iki oyunda Real-ın heyətində yer almayıb. Təcrübəli müdafiəçinin mövqeyi 22 yaşlı Serxio Reqilona etibar edilib.