Əlaqə Arxiv
news Image
2019.01.23
19:04
| A A A
Masallıda “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilmişdir

 23 yanvar 2018-ci il tarixdə ASAN İntellektual İnkişaf Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 02 fevral Azərbaycan gəncləri gününə həsr olunmuş gənclər arasında “Breyn rinq” İntellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilmişdir.
Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək gəncləri qərşıdan gələn Azərbaycan gəncləri günü münasibəti ilə təbrik etmiş və gələcək həyatında onlara uğurlar arzulamışdır. Sonra Camal Manafov Ölkədə aparılan gənclər siyasətinin hədəflərini və gənclərin bu siyasətin həyata keçirilməsində fəal iştirakını, onların hərtərəfli inkişafı üçün zəruri şəraitin yaradıldığından bəhs etdi. Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oktay Mütəllimov, rayon Təhsil şöbəsinin metodisti Abbas Abbaszadə çıxış edərək yarışın əsas məqsədinin gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarmaq, onların milli mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdən ibarət olduğunu vurğuladılar.
Gərgin və mübarizə şəraitdə keçən bilik mübarizəsinin sonunda I yeri N.Nərimanov adına Şəhər 2 nömrəli tam orta məktəbin “Elm” komandası, II yerə Bala Kolatan kənd tam orta məktəbinin “Big-bang” komandası, III yerə isə “Dəfinə” məktəb-liseyinin “Dəfinə” komandası layiq görülmüşdür. Fərqləndiyinə görə isə Mahmudavar kənd tam orta məktəbinin komandası diplomla mükafatlandırılmışdı.
Qalib komandalar Rayon Gənclər və İdman İdarəsinin kubok, diplom və medalları ilə təltif edilmişdir.
Əlihüseyn Şükürov.

Sizin Reklam Yeriniz