Əlaqə Arxiv
news Image
2019.01.28
10:25
| A A A
Aqil Acalov "Zəfər" Beynəlxalq İdman Mükafatına layiq görüldü

Yanvarın 27-si Abşeron "Marriott" oteldə Sportsman jurnalının və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirtdiyi "Zəfər" 2018 Beynəlxalq idman mükafatının təqdim etmə mərasimi baş tutub. Movqe.az xəbər verir ki, tədbirdə idman ictimaiyyətinin nümayəndələri, millət vəkilləri, olimpiya, dünya və Avropa çempionları iştirak ediblər. Mərasimdə Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti, ictimai xadim, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aqil Acalov Avrasiya kontengetinde və eyni zamanda Azərbaycanda Kombat Ciu-Citsu  döyüş sənətinin inkişafında göstərdiyi xidmətlərə görə "Zəfər" idman mükafatına layiq görülüb. Aqil Acalova mükafatı Milli Olimpiya Komitəsinin vitse prezidenti Xəzər İsayev təqdim edib.

Sizin Reklam Yeriniz