Əlaqə Arxiv
news Image
2019.02.03
18:00
| A A A
Paytaxt klubunun üzvünə 4 oyunluq cəza

İtaliya futbol Federasiyası Lazio-nun müdafiəçisi Stefan Radunu 4 oyunluq cəzalandırıb.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, buna sözügedən futbolçunun İnter-lə oyunda hakimə qarşı idmançıya davranmayan hərəkətlərə yol verməsi səbəb olub.

Belə ki, Radu komandasının qapısına penalti təyin olunan epizodda hakimin ünvanına xoşagəlməz ifadələr söyləyib. Matçın sonunda isə hakimə yaxınlaşaraq sərt şəkildə onu sinəsindən itələyib.

Qeyd edək ki, Lazio əsas vaxtı 1:1 hesabıyla bitən bu görüşdə penaltilərlə qalib gələrək yarımfinala yüksəlib.

Sizin Reklam Yeriniz