news Image
2019.02.07
09:45
| A A A
Dünyaca məşhur beynəlxalq idman yarışının Azərbaycan uğuru
Qarşılıqlı mənfəət, turizmin inkişafı, qlobal inteqrasiyaya yardım

“Ölkəmizdə Formula 1 yarışlarının keçirilməsi həm Azərbaycanın dünyada təqdimatı, həm də eyni zamanda, iqtisadi mənfəət baxımından böyük əhəmiyyət daşıyır”. Bu sözləri Prezident İlham Əliyev fevralın 5-də Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Kerini qəbul edən Çeyz Keri Bakıda təşkil edilən “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı 3-cü beynəlxalq konfransda iştirak edir. Onun dediyinə görə, Formula 1 çərçivəsində ötən il keçirilən 21 yarışın təhlili nəticəsində Bakıda keçirilən bu yarış ən yaxşı yarış hesab edilib. Yarışların baş icraçı direktoru onu da qeyd edib ki, bu yarışı izləmək üçün Bakıya gələn insanlar paytaxtımızda gördüklərini yüksək qiymətləndirir və Bakını çox sevdiklərini bildirirlər.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtda baş tutmuş Formula 1 yarışlarının iqtisadiyyata göstərdiyi təsirlərə dair aparılmış araşdırmanın nəticələrini böyük məmnuniyyətlə ictimaiyyətə təqdim edib. Şirkətin hesabatında bildirilir ki, indiyədək Bakıda keçirilmiş Formula 1 yarışları ölkənin iqtisadiyyatına ümumilikdə 277,3 milyon dollar gəlir gətirib.

Dünyanın ən aparıcı avtoidman yarışı olan “Formula 1”ə Bakı ilk dəfə 2016-cı ildə ev sahibliyi edib. Bakıda keçirilən “Formula 1” hər kəsə Tamaşaçılara böyük sürət və həyəcan bəxş edən yarış ətrafında möhtəşəm əyləncə tədbirləri, konsert proqramları təşkil edilir, dünyanın müxtəlif güşələrindən azarkeşlər paytaxtımıza axın edir, yarışı tribunadan izləməyə böyük maraq göstərirlər. Paytaxtımızdakı ilk yarışı izləmək üçün 20 mindən çox insan bilet almışdı. Rusiya, Türkiyə və Gürcüstan kimi qonşu ölkələrlə yanaşı Avropanın aparıcı ölkələrindən də çox sayda turist ölkəmizə təşrif buyurmuşdu. Teleekranlar qarşısına isə 500 milyona yaxın azarkeş toplaşmışdı.

Bu yarışın Azərbaycana gəlməsi ərəb ölkələrindən on minlərlə turistin ölkəmizə maraq göstərməsinə səbəb olub. Qeyri-neft sektorunun inkişaf strategiyasında turizmin inkişafına böyük önəm verən dövlət turistlərin ölkəyə cəlb olunması üçün viza sisteminin sadələşdirilməsi, xidmət sahəsinin dünya səviyyəsinə çatdırılması, ölkəyə gələnlərin gecələməsi və sairə bu kimi problemlərin həllinə ciddi fikir verir. Lakin bu proseslərin mərkəzində nüvə rolunu oynayan daha cəlbedici hadisənin durması işin ahəngdarlığını tamamlaya bilərdi ki, bunlardan biri də “Formula 1” yarışları oldu. Bu il artıq 4-cü dəfə keçiriləcək yarışlarda indiyədək qazanılmış təcrübə və mənfəət sübut edir ki, hökumətin yarışları qəbul etmək haqda qərarı vaxtında atılmış düzgün addım olub. Çünki, “Formula 1” yarışının bütün dünyada  böyük azarkeş kütləsi var.

Azərbaycanın dünyada imicinin yüksəlməsinə bu yarışın təsiri də qaçılmazdır. Birincisi, ona görə ki, “Formula 1”-i hər ölkə keçirməyə cürət etmir, belə ki, buna görə müəyyən inkişaf səviyyəsinə çatmalısan ki, yarışlar üçün lazımı şəraitə, maliyyə və infrastruktur resurslarına malik olasan. Etiraf etmək lazımdır ki, bu yarışın gözəllikləri ilə yanaşı ağır şərtləri və çətinlikləri də çoxdur. Şərtlərdən biri də yarışların yüksək səviyyədə təşkili, dostluq və idman bayramına çevrilməsidir. Son 15 ildə beynəlxalq səviyyəli müxtəlif sanballı yarışları keçirən və hətta Avropa Oyunları kimi böyük idman bayramına ilk dəfə nəfəs verən Azərbaycanın “Formula 1” yarışına yeni rəng qatması yarışın təşkilatçılarına və azarkeşlərə böyük məmnunluq gətirib.

Hər il neçə-neçə ölkədən idman şərhçiləri bu yarışa görə Bakıya səfər edir, ildən-ilə gözəlləşən paytaxtımılzda yarışla bərabər digər sahələrdən də bəhs edən reportajlar hazırlayır və yayırlar. Yüzlərlə ölkə Azərbaycan adını eşidir, azərbaycanlıların həyatı, mədəniyyəti, incəsənəti ilə tanış olur, ölkəmizin coğrafiyası haqda məlumatlar alırlar. Bu mötəbər yarışı izləyənlər əmin olurlar ki, Azərbaycan sabit, firavan və sülhsüvər ölkədir.  Yarış xalqımızın gücü, bacarığı, qonaqpərvərliyi haqdea həqiqətləri bütün dünyaya çatdırır. Demək, respublikamızın imicini də zənginləşdirir. “Formula 1”in ilk Bakı görüşünün iştirakçısı, Avropa Qran Prisinin ulduz elçisi seçilmiş McLaren komandasının pilotu Fernando Alonso paytaxtımızı gəzən zaman ona yaxınlaşan insanlarla ünsiyyətində ölkəmizi çox sevdiyini vurğulamışdı: “Bakı həm qədim, həm də müasir şəhərdir. Bura gəldiyim andan məni səslər, görməli yerlər və gülər üzlər salamladı. Bakının inanılmaz enerjisi var”. Bu sözlər bütün mənalarda həqiqətən böyük mənfəətdir.

N.NOVRUZ