Əlaqə Arxiv
news Image
2019.02.07
21:25
| A A A
Bakıda keçiriləcək dünya kuboku yarışlarına hazırlıq sürətlə davam edir

 

 

Batut gimnastikası və tamblinq üzrə dünya kubokunun başlanmasına qalan günlərin sayı azaldıqca yarış arenasında daha artıq canlanma hiss olunur. Belə ki, milli komandamızın üzvləri və təlim-məşq toplanışı üçün Bakıya gələn Qazaxıstan, Özbəkistan və Bolqarıstan komandaları Milli Gimnastika Arenasında məşqlərə start veriblər.

Azərbaycan Gimnastika Federasiyasından Movqe.az-a bildiriblər ki, fevralın 11-də arenada dünya kuboku yarışlarının yoxlama-məşq toplanışı keçiriləcək. Bu toplanışda Avstraliya, Yeni Zelandiya, İsveçrə və Gürcüstan komandalarının da iştirakı gözlənilir.

Xatırladaq ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli dünya kuboku yarışlarında 31 ölkədən 300-ə yaxın gimnast mübarizə aparacaq.

Sizin Reklam Yeriniz