Əlaqə Arxiv
news Image
2019.02.09
21:05
| A A A
İngiltərə nəhəngindən Tonali üçün 43 milyonluq təklif

Chelsea və Liverpool İtaliyanın U-19 millisinin yarımmüdafiəçisi Sandro Tonali uğrunda mübarizəyə girişib.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, İtaliyada İnter və Milan-ın da istədiyi Brescia-nın üzvünə "zadəganlar” 43 milyon funt sterlinq verməyə hazırdı. Brescia isə klubu ilə müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatacaq 18 yaşlı gənci satmaqla bağlı qərar verməyə tələsmir. Futbolçunun özü isə Milan azarkeşi olduğunu və karyerası məhz orada davam etdirmək istəyində olduğunu bildirib.

Qeyd edək ki, Tonali bu mövsüm B Seriyası klubunun formasıyla çıxdığı 20 oyununda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Sizin Reklam Yeriniz