Əlaqə Arxiv
news Image
2019.02.17
18:26
| A A A
Çempionlar Liqasının növbəti oyunlarına hakim təyinatları

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin Lyon - Barcelona və Liverpool - Bayern Münich oyunları üçün təyinatları açıqlayıb.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, franzıslarla ispanların duelini Cüneyt Çakır idarə edəcək. Türkiyəli FİFA referisinə Bahattin Duran və Tarık Engün köməklik edəcəklər. 4-cü hakim funksiyasını Halis Özkahya yerinə yetirəcək. VAR (videotəkrar) hakimləri isə Hollandiyadan Danni Makkeli və Kamfus Yohem olacaqlar.

Liverpool - Bayern Münich görüşü isə italiyalı hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Canluka Rokki, laysmanlar Filippo Meli və Matteo Passeri, 4-cü referi isə Paolo Valeri olacaq. VAR sisteminə isə Massimiliano İrrati və Marko Qvida nəzarət edəcək.

Qeyd edək ki, hər iki qarşılaşma fevralın 19-dan 20-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Sizin Reklam Yeriniz