Əlaqə Arxiv
news Image
2019.02.18
11:16
| A A A
"Gilavar FC" futbol məktəbi - 1 il

Dünən (17.02.2019) "Gilavar FC” futbol məktəbi yaranmasının bir ili münasibəti ilə tədbir keçirib. Tədbir məktəbin Gənclik filialında baş tutub.  

Açılış məktəbin təsisçisi və direktoru Zeynal Kərimzadənin nitqi ilə başladı. Tədbir iştirakçılarını salamlayan Zeynal bəy, ötən bir ilin çətinlikləri ilə yanaşı, uğurlarından da danışdı. Məktəbin gələcək perspektivindən danışan təsisçi yeniliklərin də olacağını vurğuladı. 

Qeyd edək ki, "Gilavar FC” uşaq məktəbinin bir illiyinə "Neftçi”nin kapitanı Ruslan Abışov, Tural Axundov və futzal millimizin qapıçısı Rövşən Hüseynli də  dəvətli idilər. Rəsmi hissənin sonunda məktəbin futbolçuları qonaqlarla xatirə fotoları çəkdirdilər. 

Sizin Reklam Yeriniz