Rusiya futbolunun yeni rəhbəri seçildi
Rusiya Futbol İttifaqının (RFS) yeni prezidenti məlum olub.
Movqe.az sport24.az-a istinadən xəbər verir ki, prezident postuna Aleksandr Dyukov seçilib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Dyukov prezident seçkilərində yeganə namizəd olub.
"Zenit"in Direktorlar Şurasının sədri olan Dyukov, prezident postunda Vitali Mutkonu əvəzləyib.