Əlaqə Arxiv
news Image
2019.03.02
20:46
| A A A
Manchester United-in qapıçısı Ginnesin Rekordlar Kitabına düşdü

Manchester United-in qapıçısı Serxio Romero Ginnesin Rekordlar Kitabına düşüb.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, bu, komandanın məşqi zamanı baş verib.

Ginnesin Rekordlar Kitabının nümayəndəsi Adam Braun "qırmızı şeytanlar"ın məşqinə qatılaraq, oyunçuların meydanın mərkəzindən vurduqları qolları sayıb. Nəticədə Romero 60 saniyə ərzində 20 dəfə toru silkələməklə Ginnesin Rekordlar Kitabına düşüb. İkinci yeri 19 qolla müdafiəçi Fil Cons tutubsa, Ander Errerada bu göstərici 14 top olub.

Qeyd edək ki, Serxio Romero Manchester United-də ehtiyat qapıçıdır.

Sizin Reklam Yeriniz