Ronaldo Napoli-yə qarşı oynayacaq? - Alleqridən açıqlama
Juventus-un futbolçusu Kriştiano Ronaldozədəsini sağaldıb.
Movqe.az Goal.az-a istinadən xəbər verir ki, bu barədə Turin klubunun baş məşqçisi Massimiliano Alleqri məlumat verib. O, portuqaliyalı hücumçunun komanda ilə məşqlərə başladığını bildirib. Alleqri 34 yaşlı futbolçunun A seriyasının 26-cı turunda Napoli ilə matçda oynayacağını deyib.
Xatırladaq ki, bundan əvvəl Ronaldonun Napoli ilə oyunu buraxacağı iddia olunurdu.