Əlaqə Arxiv
news Image
2019.03.04
22:20
| A A A
Masallıda Cüdo idman növü üzrə açıq rayon birinciliyi

3 və 4 mart 2019-cu il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı cənub Cüdo Təlim Mərkəzində 05 Mart Bədən Tərbiyəsi və İdman gününə həsr olunmuş cüdo idman növü üzrə uşaqlar və yeniyetmələr arasında açıq Rayon birinciliyi keçirilmişdir.
11 çəki dərəcəsində 100 nəfərə yaxın uşaq və yeniyetmə idmançıların iştrakı ilə keçirilən yarış olduqca gərgin və maraqlı mübarizə şəraitində keçirilmişdir.
ki gün davam edən yarışda Masallı rayon idmançıları ilə yanaşı Bakı şəhər və Lənkəran rayon idmançılrda iştrak etmişdirlər.
Birinciliyin yekun nəticələrinə əsasən Masallı rayon komandası birinci, Bakı şəhər komandası ikinci , Lənkəran rayon komandası üçüncu, yerləri tutmuşlar.
Qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılmışlar.
                                                       

Əlihüseyn Şükürov.

 

Sizin Reklam Yeriniz