Əlaqə Arxiv
news Image
2019.03.10
17:22
| A A A
PSG-də ağır itki

PSG ciddi itki ilə üzləşib.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Liqa 1 nəhənginin yarımmüdafiəçisi Yulian Draksler sıradan çıxıb. Bu barədə futbolçu özü sosial şəbəkə hesabında məlumat yayıb.

Almaniyalı oyunçu UEFA Çempionlar Liqasının 1/8 finalında İngiltərənin Manchester United klubuna 1:3 hesabıyla uduzduqları matçda aldığı zədənin ciddi olduğunu bildirib.

Bu zədə səbəbindən Draksler azı 2 həftə Paris klubuna kömək edə bilməyəcək.

Sizin Reklam Yeriniz