Əlaqə Arxiv
news Image
2019.03.13
17:18
| A A A
Azərbaycanı 2019/2020 avrokubok mövsümündə təmsil edəcək ilk klub müəyyənləşdi

Azərbaycanı 2019/2020 avrokubok mövsümündə təmsil edəcək ilk futbol klubu müəyyənləşib.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, bu, Qəbələ komandasıdır. Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv AFFA-nın təşkil etdiyi Gənclər Liqasının XXII turundaQarabağ-ı 1:0 hesabı ilə üstələməklə xalını 60-a çatdırıb və çempionluğu erkən təmin edib.

Əyalət təmsilçisi bununla da UEFA Gənclər Liqasına vəsiqə qazanıb.

Qeyd edək ki, Qəbələ-nin ən yaxın izləyicisi Keşlə evdə Sumqayıt-ı 5:1 hesabı ilə məğlub etməklə xalını 42-ə çatdırıb. Mövsümün başa çatmasına 6 tur qalmış paytaxt klubu ilə əyalət təmsilçisi arasında xal fərqi 18 olsa da, bakılılar şəxsi oyunlarda rəqibindən aşkar geri qalır (0:2, 0:3, 0:5).

Sizin Reklam Yeriniz