news Image
2019.03.15
15:21
| A A A
Çempionlar Liqası: 1/4 final və yarımfinal cütləri müəyyənləşdi

UEFA Çempionlar Liqasının 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində 1/4 final və yarımfinal cütləri müəyyənləşib. Adı ilk qeyd olunan klublar ilk oyunu evdə keçirəcəklər.

1/4 final cütləri

Liverpool (İngiltərə) - Porto (Portuqaliya)

Tottenham (İngiltərə) - Manchester City (İngiltərə)

Barcelona (İspaniya) -Manchester United (İngiltərə)

Ajax (Hollandiya) - Juventus (İtaliya)

Yarımfinal cütləri:

Y1. Tottenham (İngiltərə) - Manchester City (İngiltərə) - Ajax (Hollandiya) - Juventus (İtaliya)Y2. Barcelona (İspaniya) -Manchester United (İngiltərə) -Liverpool (İngiltərə) - Porto (Portuqaliya)

Finalda meydan sahibi:

Y1-Y2

Qeyd edək ki, 1/4 finalın oyunları 9-10 və 16-17 apreldə keçiriləcək. Yarımfinal görüşləri 30 aprel–1 may və 7-8 mayda olacaq. İngiltərə təmsilçiləri Manchester City və Manchester United ev oyunlarını eyni və yaxın günlərdə keçirə bilməzlər. UEFA-nın Yarışların Təşkili Komitəsinin qaydalarına əsasən, ötən mövsüm milli çempionatda daha aşağı pillədə finiş edən komanda, yəni Manchester United həmin oyunu səfərdə keçirməli olacaq. Belə olan halda, yarımfinal matçlarının təqvimi 1/4 finaldan sonra təsdiqlənəcək. Final matçı isə iyunun 1-də İspaniyanın paytaxtı Madriddəki “Metropolitano” statdionunda baş tutacaq.