news Image
2019.03.17
18:10
| A A A
"Derby Della Madonnina" başlamadan rekord qırdı

İtaliya A Seriyasında bu gün keçiriləcək Milan - İnter derbisi baş tutmadan tarixə düşüb.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Milan derbisi bilet satışı üzrə İtaliya rekordunu qırıb. Belə ki, artıq oyuna 5,7 milyon avroluq bilet satılıb.

Bundan əvvəlki rekord ötən mövsümün ikinci yarısında keçirilən İnter - Juventus oyununda qeydə alınmışdı. Həmin matça 5,29 milyon avro bilet satılmışdı.

Rekordun qırılmasına səbəb ölkə xaricindən gəlmiş şəxslərə 4 min biletin satılmasıdı.