Əlaqə Arxiv
news Image
2019.03.17
20:50
| A A A
Barcelona-dan Qrizmanna yeni təklif

Barcelona mövsümün əvvəlində heyətinə qata bilmədiyi Antuan Qrizmann üçün yenidən hərəkətə keçir.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, cari mövsümün əvvəlində 100 milyon avro ödəməyə hazır olan Kataloniya klubunun təklifini rədd edən və Atletico-da qalacağını deyən Qrizmann, komandadan ayrıla bilər. Katalonlar fransalı futbolçuya ildə 16 milyon avro olmaqla, 2024-cü ilədək müqavilə təklif etməyə hazırlaşır.

27 yaşlı forvardın transfer məbləğinin iyun ayının 1-dək 120 milyon avro olduğu və bu tarixdən sonra 200 milyon avroya çıxacağı bildirilir.

Atletico ilə 2023-cü ilədək müqaviləsi olan Qrizmann, bu mövsüm iştirak etdiyi 39 oyunda 18 qol vurub, 8 məhsuldar ötürmə verib.

Sizin Reklam Yeriniz