Əlaqə Arxiv
news Image
2019.03.22
09:26
| A A A
Futbol: "Avro-2020"-in ilk oyunununda millimiz minimal hesabla uduzub

Movqe.az xəbər verir ki, futbol üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib. Millimiz səfərdə Xorvatiya yığması ilə qarşılaşıb. Zaqreb şəhərindəki “Maksimir” stadionunda keçirilən oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edib.

Bu görüş yığmamızın baş məşqçisi, xorvatiyalı mütəxəssis Nikola Yurçeviç üçün debüt olu

Qarşılıqlı hücumlar şəraitində başlayan oyunun 14-cü dəqiqəsində millimizin üzvü Ramil Şeydayev hesabı açmağa yaxın olsa da, Xorvatiya millisinin qapıçısı Lovre Kaliniç topu geri qaytarıb. Azərbaycan millisi 5 dəqiqə sonra istəyinə nail olub. Belə ki, R.Şeydayev baxımlı qolla komandamızı hesabda önə çıxarıb.

Matçın 44-cü dəqiqəsində xorvatiyalı futbolçu Borna Barişiç hesabı bərabərləşdirib və matçın ilk hissəsi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İkinci hissəyə Xorvatiya millisi daha fəal başlayıb. Matçın 79-cu dəqiqəsində Andrey Kramariç komandasının ikinci topunu millimizin qapısından keçirib və bu, oyunda vurulan sonuncu qol olub.

Beləliklə, oyun ötən il Rusiyada keçirilən dünya çempionatının gümüş medalçısı Xorvatiya yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Sizin Reklam Yeriniz