Əlaqə Arxiv
news Image
2019.03.25
21:17
| A A A
Barcelona qapıçısını satacaq

Barcelona ikinci qapıçısı Yasper Silesseni satmağa hazırlaşır. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Hollandiya yığmasının üzvü müntəzəm oynamaq istəyir.

Kataloniya təmsilçisi qolkiperinə artıq qiymət də qoyub. Belə ki, Silessenin sərbəst qalma məbləği 60 milyon avro olsa da, ispanlar onu 45-50 milyona satmağa razıdı. Klub rəhbərliyi hətta ikinci qapıçı olmağa namizədlərini də müəyyənləşdirib.

Qeyd edək ki, Yasper Silessen Barcelona-ya 2016-cı ilin yayında 13 milyon avro müqabilində Ajax-dan keçib.

Sizin Reklam Yeriniz