Əlaqə Arxiv
news Image
2019.04.17
16:55
| A A A
Ronaldo ilə Şeyk 5 illik müqavilə bağlayıbmış

Rusiyalı teleaparıcı Viktoriya Bonya Juventus-un futbolçusu Kriştiano Ronaldo ilə rusiyalı model İrina Şeykin münasibətləri barədə danışıb.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Ronaldo ilə Şeykin münasibətlərinə 2015-ci ildə son qoyulub. Bonya bildirib ki, onlar bu münasibətə aralarında bağladıqları müqavilənin müddəti başa çatdığı üçün son qoyublar:

"İndi qadınlar hər şeyə hazırdırlar. İrina Şeyklə Kriştiano Ronaldonun 5 illik müqavilələri var idi. Müqavilə başa çatdı, onların da münasibətinə son qoyuldu. Məndə olan məlumata görə, Ronaldonun yeni sevgilisi ilə də məhz belə müqaviləsi var. Amma mən özümə belə həyat tərzini rəva görə bilmərəm. İstəyirəm ki, normal ailəm olsun”.

Şeyklə Ronaldo 2010-2015-ci illərdə görüşüblər.

Sizin Reklam Yeriniz