Əlaqə Arxiv
news Image
2019.04.18
12:54
| A A A
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlandı

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədləri açıqlayıb.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, 1/4 final mərhələsinin cavab matçlarından sonra Lionel Messi (Barcelona, İspaniya), Matteys de Liqt (Ajax, Hollandiya), Son Hın Min (Tottenham, İngiltərə) və Roberto Firmino (Liverpool, İngiltərə) həftənin oyunçusu adına namizəd göstəriliblər.

Ən yaxşı qola gəlincə, burada “4-lüy”ə Barcelona-nın 2 futbolçusu düşüb. Katoloniya təmsilçisinin İngiltərənin Manchester United komandasını 3:0 hesabı ilə məğlub etdiyi görüşdə Lionel Messinin 1-ci qolu və Filippe Koutinoyonun dəqiq zərbəsi ən yaxşı olmağa namizəddir.

Həmçinin Hollandiya Ajax-ından David Neresin İtaliyada Juventus-a (2:1), Manchester City-dən isə Rəhim Sterlinqin evdə İngiltərə Tottenham-inə (4:3) vurduğu qollar ən yaxşı seçilə bilərlər.

Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək.

Sizin Reklam Yeriniz