Əlaqə Arxiv
news Image
2019.04.21
12:52
| A A A
Galatasaray-ın futbolçusu anasının sözünə görə PSG-yə keçməyib

Galatasaray-ın Everton-dan icarəyə götürdüyü Henri Onyekuru maraqlı açıqlamalar verib.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, BBC-yə danışan nigeriyalı forvard 2017-ci ildə Eupen-dən Everton-a transfer olunmazdan əvvəl PSG-yə keçmək üzrə olduğunu, amma keçidin baş tutmadığını bildirib: "Cümə günü PSG üçün tibbi müayinədən keçmişdim və bazar ertəsi başqa futbolçu ilə birlikdə müqavilə imzalayacaqdım. Amma transfer son anda alınmadı".

Onyekuru PSG-dən istinasının səbəbini açıqlayıb: "Anamla danışdım. Hələ gənc olduğumu və təcrübə toplamaq üçün daha çox oynamağa ehtiyacımın olduğunu bildirdi. Mən də onun tövsiyyəsini nəzərə alaraq transferdən imtina etdim. Menecerimi çağırdım və PSG-yə getməyəcəyimi bildirdim".

Everton-u seçməsindən anasının böyük rolunun olduğunu bildirən Onyekuru Everton mənim inkişafım üçün daha yaxşı planlara sahib idi. Həm də PSG-dən əvvəl Everton-la danışığım olmuşdu. İşçi vizası almağımızın çətin olacağını bilirdik. Amma klubun Anderlecht-lə olan yaxşı münasibətləri sayəsində bunu da həll etdik" deyib.

Gələcəyi haqqında danışan 21 yaşlı hücumçu bunları deyib: "İndi sadəcə gözləyirəm. Premyer Liqada oynamaq uşaqlıq arzumdur. Uşaqlıqda həmişə Tyerri Anrini izləyir və ondan bəzi şeyləri öyrənməyə çalışırdım. İndi Premyer Liqada onun etdiklərini etmək istəyirəm".

Qeyd edək ki, Everton Onyekurunu 2017-ci ilin yayında Belçikanın Eupen klubundan 8 milyon avroya transfer edib. Hələ də İngiltərədə yaşamaq üçün işçi vizası olmayan gənc futbolçu 2017/18 mövsümündə Anderlecht-ə icayə verilib. Bu mövsüm isə o, icarə əsasında Galatasaray-da çıxış edir. İstanbul klubunun heyətində 37 rəsmi oyuna çıxan nigeriyalı 12 qol vurub və 3 məhsuldar ötürmə edib.

Sizin Reklam Yeriniz