Əlaqə Arxiv
news Image
2019.05.15
14:18
| A A A
"Çelsi"nin kapitanı: "Bakıda keçiriləcək mövsümün ən vacib oyununadək formada qalmaq istəyirik"

"ABŞ-a gəldiyimizə və ilk dəfə Bostonda olduğumuza görə məmnunuq. Bu oyun antisemitizm və hər cür ayrı-seçkiliklə mübarizədə böyük hadisədir".

Movqe.az verir ki, bunu İngiltərə "Çelsi" klubunun kapitanı Sesar Aspilikueta ABŞ-ın "New England Revolution" komandası ilə keçirəcəkləri yoldaşlıq matçı ərəfəsində "Independent"ə açıqlamasında deyib.

30 yaşlı müdafiəçi son oyunlarda Çempionlar Liqasına vəsiqə üçün mübarizə apardıqlarını bildirib. İspaniya millisinin də şərəfini qoruyan oyunçu Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçı barədə də danışıb: "Bakıda keçiriləcək mövsümün ən vacib oyununa yaxınlaşırıq. Finala kimi formada qalmaq istəyirik. İki həftə ərzində kollektivdəki yaxşı ab-havanı saxlamaq niyyətindəyik".

Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda Londonun digər təmsilçisi “Arsenal” ilə qarşılaşacaq.

Sizin Reklam Yeriniz