news Image
2019.06.13
17:42
| A A A
“Çelsi” Ola Aynanı 10 milyon avroya satıb

İtaliyanın “Torino” futbol klubu Ola Aynanı "Çelsi"dən transfer edib.

Trend-in məlumatına görə, bu haqda klubun prezidenti Urbano Kayro məlumat yayıb. U.Kayro bildirib ki, Ola Ayna 10 milyon avro qarşılığında “Torino”-ya transfer edilib.

Qeyd edək ki, “Çelsi”nin yetişdirdiyi Ola Ayna 2018-ci ilin yayında “Torino”ya 1 illik icarəyə verilmişdi.