Əlaqə Arxiv
news Image
2019.06.16
14:10
| A A A
Ronaldonun son mövsümlə bağlı “siyahı”sı

Portuqaliya millisinin və Juventus-un hücumçusu Kriştiano Ronaldo geridə qalan mövsümlə bağlı açıqlama yayıb.

Goal.az xəbər verir ki, sosial şəbəkə hesabından açıqlama yayan 34 yaşlı futbolçu, unudulmaz mövsüm keçirdiyini qeyd edib:

“Unudulmaz bir mövsüm keçirdim. Yeni təcrübə, böyük klub, əla şəhər, qırılan rekordlar və qazanılan daha üç titul. Bütün Juventus azarkeşlərinə təşəkkür edirəm. Siz bizim qələbələrimizin vacib bir hissəsiniz. Dünyadakı bütün azarkeşlərimə, xüsusilə, Portuqaliyadakı insanlara ölkəmiz adına tarixi qələbə qazanmağa kömək etdikləri üçün təşəkkür edirəm.

Son mövsümdə yaşadığım gözəl anları və rekordlarımı heç vaxt unutmayacam:

- İtaliya superkubokunda qələbə qolu

- İtaliya A Seriyasında çempionluq, ən yaxşı futbolçu və 21 qol

- UEFA Millətlər Liqasının qalibi və het-trik

- Çempionlar Liqasında 100 qələbəyə imza atan və 125 qol vuran ilk futbolçu

- UEFA-nın 10 titulunu qazanmış ilk futbolçu

- Milli komandanın iştirak etdiyi bütün turnirlərin final mərhələlərində qol vuran ilk futbolçu: dünya çempionatında, Avropa çempionatında, Konfederasiyalar Kubokunda və Millətlər Liqasında

- 2004-cü ildən 2019-cu ilə qədər milli komandaların iştirak etdiyi 10 ardıcıl final mərhələlərində qol vuran ilk futbolçu”. 

Sizin Reklam Yeriniz