Əlaqə Arxiv
news Image
2019.06.23
16:41
| A A A
Barcelona Valencia-dan qapıçı transfer edir

Barcelona yeni mövsüm üçün ilk transferinə hazırlaşır.

Goal.az xəbər verir ki, Kataloniya klubu, Valencia-nın qapıçısı Netonu heyətinə qatmağa yaxındır. Barcelona-nın 29 yaşlı futbolçu üçün Valencia-ya 25 milyon avro ödəyəcəyi bildirilir.

Katalonlar Netonu əsas qapıçı Mark-Andre Ter Ştegenin əvəzləyicisi kimi heyətinə qatmağı planlaşdırır. Bundan başqa, hazırda Barcelona-nın ikinci qapıçısı hesab olunan Yasper Sillessenin də Valencia-ya keçəcəyi deyilir.

2017-ci ildən “Valensiya”nın şərəfini qoruyan Netonun klubla müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.

Sizin Reklam Yeriniz