Əlaqə Arxiv
news Image
2019.07.08
11:45
| A A A
Messini 2 illik cəza gözləyir

Cənubi Amerikanın futbol konfederasiyası Argentina millisinin futbolçusu Lionel Messini cəzalandırmağa hazırlaşır.

Goal.az "AS" nəşrinə istinadən xəbər verir ki, buna onun federasiyanı korrupsiyada ittiham etməsi səbəb ola bilər. Qurum 32 yaşlı hücumçunu bu açıqlamasına görə 2 il millinin oyunlarından kənarlaşdırmağı düşünür.

Bu cəza tətbiq olunsa, Messi o zaman Amerika kuboku-2020-ni və DÇ-2022-nin seçmə mərhələsini buraxacaq.

Qeyd edək ki, Messi Çili ilə 3-cü yer uğrunda 2-1 hesabı ilə qalib gəldikləri oyundan sonra federasiyanı korrupsiyada ittiham edib. Oyunda qırmızı vərəqə alan futbolçu mükafatlandırma mərasimində iştirak etməməklə yanaşı, yarışın təşkilatçılarının Braziliyanın turniri qalibi olması üçün çalışdıqlarını söyləyib:

“Qari Medel və mənə sarı vərəqə göstərmək kifayət idi. Turnir ərzində bizə hörmət etmədilər. Bunun bir parçası olmaq məcburiyyətində deyilik. Burdan başı dik ayrılıram və komandamla qürur duyuram. Layiq olduğu hörmət göstərilərsə, bu komandanın da uğur qazanacağına inanıram. Mükafatlandırma mərasiminə qatılmadım, çünki bu oyunun bir parçası olmaq istəmədim. Bu turnir Braziliya millisinin qazanması üçün təşkil olunub. Ümid edirəm ki, finalda hakimlər çox müdaxilə etməz və Perunun qazanmaq üçün bir şansı olar”.

Xatırladaq ki, finalda Perunu 3-1 hesabı ilə üstələyən Braziliya yığması Amerika kubokunun qalibi olub.

Sizin Reklam Yeriniz